AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Avqustun 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Bakı bürosunun rəhbəri cənab Maurisio Pavesini qəbul etmişdir.
Görüş tanışlıq xarakteri daşımış və cənab M.Pavesi özünü Azərbaycanın Müdafiə nazirinə təqdim etmişdir.
General-polkovnik S.Əbiyev cənab M.Pavesini yeni təyinatı münasibətilə təbrik etmiş və fəaliyyətində ona uğurlar arzulamışdır.