AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 24-də Azərbaycan-Ermənistan sərhədində, Qazax rayonunun Məzəmli kəndi yaxınlığında monitorinq keçirilməsi planlaşdırılır.
Sentyabrın 20-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi cənab Steven Payferi və nümayəndə heyətini qəbul etmişdir.
Həmin gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Qərbi Avropa İttifaqı Assambleyasının sədr müavini, Assambleyanın Qafqaz regionunda sabitlik və təhlükəsizlik məsələləri üzrə məruzəçisi, İtaliya Respublikası parlamentinin deputatı cənab Marko Zakkeranı qəbul etmişdir.
Sentyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycan və Ermənistan üzrə xüsusi elçisi cənab Filip Dmitrovu qəbul etmişdir.
Sentyabrın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Əhəd Qəzayini səfirlik missiyasının başa çatması münasibətilə qəbul etmişdir.
Sentyabrın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Ryabovu səfirlik missiyasının çatması münasibətilə qəbul etmişdir.
Sentyabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələri Avropa Komandanının müavini general Çarlz Uoldu və nümayəndə heyətini qəbul etmişdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 7-də Azərbaycan Respublikasının Xocavənd rayonunun Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi Aşağı Veysəlli kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Belarus Respublikasının Müdafiə naziri general-polkovnik Leonid Maltsevin dəvətilə avqustun 27-dən 28-dək Minsk şəhərində işgüzar səfərdə olmuşdur.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Belarus Müdafiə naziri general-polkovnik Leonid Maltsevin dəvətilə avqustun 27-də Minsk şəhərinə səfərə yola düşmüşdür.