AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində iyunun 10-dan 13-dək Antalya şəhərində (Türkiyə Respublikası) "NATO-nun Cənub Regional Komandanlığının Maddi Texniki Təminat üzrə konfransı", iyunun 10-dan 23-dək isə Suffolk şəhərində (ABŞ) "Kooperativ Osprey-03" təliminin II fazası keçirilir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO üzvü və tərəfdaş dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün iyunun 10-da Brüssel şəhərinə (Belçika Krallığı) yola düşmüşdür.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün bu gün Qazaxıstanın Astana şəhərinə yola düşmüşdür.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində iyunun 9-dan 13-dək Vyana şəhərində (Avstriya) "Terrorçuluğa qarşı Avrasiya" konfransı, Split şəhərində (Xorvatiya) "Hərbi Dəniz Qüvvələrinin Rabitə və İnformasiya sistemləri" üzrə seminar, iyunun 9-dan 20-dək Rukla şəhərində (Latviya) "Amber Hope-03" təlimi və İzmir şəhərində (Türkiyə Respublikası) "Hava məkanına nəzarət və idarəetmə" üzrə kurs keçirilir.
2003-cü il iyunun 3-də Gədəbəy rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə əsgər yoldaşlarını qumbara partlayışı ilə yaralayaraq avtomat silahı ilə qaçmış əsgər Məlikov Ruslan Nazim oğlu iyunun 6-da saat 23:30 radələrində Daşkəsən rayonunun Astaf kəndi sahəsindəki meşə zolağında tutulmuşdur.
İyunun 4-də Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikası Jandarm Qüvvələrinin Baş Komandanı ordu generalı Şener Eruyqurun Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi və qəbulu olmuşdur.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində iyunun 2-dən 6-dək Praqa şəhərində (Çexiya Respublikası) NATO-nun Hava Hücumundan Müdafiə komitəsinin 14-cü seminarı, Plovdiv şəhərində (Bolqarıstan) "Kooperativ Key-03" təliminin əsas və yekun planlaşdırma konfransı, Ankara şəhərində (Türkiyə Respublikası) "İpək Yolu-2003" seminarı, Kankanpa şəhərində (Finlandiya) "Əməliyyat İmkanları Konsepsiyası Təhlil və Məlumat Proqramı" çərçivəsində ekspertlər üçün təlim kursu, iyunun 2-dən 13-dək Vaşinqton şəhərində (ABŞ)"Eloquent Nugget- 03" təlimi və iyunun 3-dən 5-dək Sodertelye şəhərində (İsveç Krallığı) "Vikinq-03" təliminin əsas planlaşdırma konfransı keçirilir.
İyunun 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Maşın-Kimya Sənayesi Qurumunun baş direktoru və idarə heyətinin sədri cənab Mehmet Başpinarı qəbul etmişdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 27-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Ağdam rayonunun Çəmənli kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Mayın 15-də Litva Respublikasının Milli Müdafiə naziri cənab Linas Linkyaviçus Azərbaycan Respublikasına iki günlük rəsmi səfərə gəlmişdir.