AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Oktyabrın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Müdafiə katibinin Beynəlxalq Təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini cənab Ceyms Makduqalı qəbul etmişdir.
Görüş zamanı Azərbaycan-Amerika hərbi əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Harniş iştirak etmişdir.