Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 11 Yanvar 2005 00:01

Yanvarın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Merkurios Karafotiası səfirlik missiyasının çatması ilə əlaqədar qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 2 Yanvar 2005 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində yanvarın 3-dən iyunun 23-dək Vilnüs şəhərində (Litva Respublikası) “Beynəlxalq kapitanlar kursu” və yanvarın 3-dən iyulun 1-dək Hürt şəhərində (Almaniya Federativ Respublikası) “İnspektorlar üçün başlanğıc alman dili kursu” keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 30 Dekabr 2004 00:00

Dekabrın 28-də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişilə Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına və şəhid ailələrinin üzvlərinə dövlət və fəxri mükafatlar təqdim etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 22 Dekabr 2004 00:00

Dekabrın 22-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində İran İslam Respublikasının Müdafiə naziri admiral Əli Şəmxaninin təntənəli qarşılanma mərasimi olmuşdur.

Müdafiə Nazirliyinin məlumatı 15 Dekabr 2004 00:00

Dekabrın 14-də Belarus Respublikasının Müdafiə naziri general-polkovnik Leonid Malsev Azərbaycana rəsmi səfərə gəlmişdir.

Müdafiə Nazirliyinin məlumatı 9 Dekabr 2004 00:02

Dekabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Müdafiə nazirinin Beynəlxalq Təhlükəsizlik Məsələləri üzrə köməkçisinin müavini cənab Ceyms Maqduqalı və nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 9 Dekabr 2004 00:01

Müdafiə Nazirliyinin Mətbuat Xidməti bəyan edir ki, “Yeni Müsavat”, “Üç Nöqtə” və digər kütləvi informasiya vasitələrində guya bu yaxınlarda Xəzər dənizində Rusiya-Azərbaycan birgə hərbi təlimlərinin keçiriləcəyi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Müdafiə Nazirliyinin məlumatı 9 Dekabr 2004 00:00

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 10-da Goranboy rayonunun Borsunlu kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 6 Dekabr 2004 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində dekabrın 6-dan 8-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) “Qara Dəniz bölgəsində regional təhlükəsizlik” üzrə seminar, dekabrın 6-dan 10-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Çoxmillətli Maddi Texniki Təminat Mərkəzi” və “NATO əməliyyatları və təlimləri zamanı ətraf mühitin qorunmasının planlaşdırılması” üzrə kurslar keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 1 Dekabr 2004 00:00

Dekabrın 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Baş Qərargahının Maddi-Texniki Təminat rəisi general-polkovnik Cahid Sarsılmazı qəbul etmişdir.