Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Dekabr 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində dekabrın 6-dan 8-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) “Qara Dəniz bölgəsində regional təhlükəsizlik” üzrə seminar, dekabrın 6-dan 10-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Çoxmillətli Maddi Texniki Təminat Mərkəzi” və “NATO əməliyyatları və təlimləri zamanı ətraf mühitin qorunmasının planlaşdırılması” üzrə kurslar keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər