Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Dekabr 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 28-də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişilə Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına və şəhid ailələrinin üzvlərinə dövlət və fəxri mükafatlar təqdim etmişdir.  
Müdafiə naziri mərasimdə çıxış edərək tədbir iştirakçılarını Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin adından, Silahlı Qüvvələrin şəxsi heyəti adından və şəxsən öz adından təbrik etmişdir.
General-polkovnik S.Əbiyev xalqımızı və dövlətimizin başçısı cənab İlham Əliyevi əmin etmişdir ki, bu gün Azərbaycan əsgəri erməni işğalçıları ilə mübarizədə bu vaxta qədər etmədiyi rəşadət və igidliklər göstərməyə hazırdır.
Sonra general-polkovnik S.Əbiyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İ.Əliyevin adından mərhum eks-prezident H.Əliyevin Fərmanları ilə mükafatlandırılmış Müdafiə Nazirliyinin hərbi qulluqçularına və şəhid ailələrinin üzvlərinə Milli Qəhrəmanın “Qızıl Ulduz” medalını və “Azərbaycan Bayrağı” ordenlərini təqdim etmişdir.
Tədbirin sonunda Müdafiə naziri general-polkovnik S.Əbiyev mərasim iştirakçılarını Dünya Azərbaycanlılarının 31 dekabr Həmrəylik Günü və yeni 2005-ci il bayramları münasibətilə təbrik etmişdir.