AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Baş Qərargah Rəisi ordu generalı Hilmi Özkökün dəvətilə oktyabrın 4-də Ankara şəhərinə rəsmi səfərə yola düşmüşdür.
Oktyabrın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Müdafiə katibinin Beynəlxalq Təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini cənab Ceyms Makduqalı qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 27-dən oktyabrın 1-dək Rozersberq şəhərində (İsveç Krallığı) “Mülki Fövqəladə Planlaşdırma Mülki-Hərbi Əməkdaşlıq” üzrə kurs keçirilir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 24-də Azərbaycan-Ermənistan sərhədində, Qazax rayonunun Məzəmli kəndi yaxınlığında monitorinq keçirilməsi planlaşdırılır.
Sentyabrın 20-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi cənab Steven Payferi və nümayəndə heyətini qəbul etmişdir.
Həmin gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Qərbi Avropa İttifaqı Assambleyasının sədr müavini, Assambleyanın Qafqaz regionunda sabitlik və təhlükəsizlik məsələləri üzrə məruzəçisi, İtaliya Respublikası parlamentinin deputatı cənab Marko Zakkeranı qəbul etmişdir.
Sentyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycan və Ermənistan üzrə xüsusi elçisi cənab Filip Dmitrovu qəbul etmişdir.
Sentyabrın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Əhəd Qəzayini səfirlik missiyasının başa çatması münasibətilə qəbul etmişdir.
Sentyabrın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Ryabovu səfirlik missiyasının çatması münasibətilə qəbul etmişdir.
Sentyabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələri Avropa Komandanının müavini general Çarlz Uoldu və nümayəndə heyətini qəbul etmişdir.