Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 22 May 2006 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- mayın 22-dən 26-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Terrorizmdən müdafiə” və “Böhranların idarə olunması” kursları, Kişinyov şəhərində (Moldova) “Kooperativ Longbow/Lancer 2006” təliminin yekun planlaşdırma konfransı; mayın 22-dən iyunun 2-dək Budapeşt şəhərində (Macarıstan) “İngilis dili müəllimləri üçün hərbi terminologiya” təlim seminarı;- mayın 23-dən 24-dək Sevastopol şəhərində (Ukrayna) “Kooperativ Marlin 2006” təliminin yekun planlaşdırma konfransı keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 19 May 2006 00:01

Mayın 19-da Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Avropadakı Hərbi Hava Qüvvələrinin Komandanı general Uilyam Tom Hobbinsi və nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 11 May 2006 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 10-da saat 23:25-dən 23:30-dək Füzuli rayonunun ərazisindəki yüksəklikdə yerləşən mövqelərindən;mayın 11-də saat 01:50-dən 03:45-dək Tərtər rayonunun işğal olunmuş Cerabert kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan ara-sıra atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 10 May 2006 00:02

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 11-də Qazax rayonunun Aşağı Əskipara kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 10 May 2006 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- mayın 10-dan 26-dək Baumholder şəhərində (Almaniya Federativ Respublikası) “Combined Endeavour-2006” təlimi; - mayın 11-də Brüssel şəhərində (Belçika Krallığı) NATO-nun Ali Mülki Planlaşdırma Komitəsinin plenar iclası keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 6 May 2006 00:01

Mayın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev faşizm üzərində qələbənin 61-ci ildönümü münasibətilə bir qrup veteranı qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 2 May 2006 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində mayın 2-dən 4-dək Konstanta şəhərində (Rumıniya) “Kooperativ Mako-2006” təliminin yekun planlaşdırma konfransı keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 1 May 2006 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 30-da saat 23:30-dan 23:45-dək Qazax rayonunun Qızılhacılı kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Məzəmli kəndi sahəsindəki mövqelərini; - mayın 1-də saat 03:45-də Qazax rayonunun Məzəmli kəndi yaxınlığında yerləşən mövqelərindən Məzəmli kəndini avtomatlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 26 Aprel 2006 00:00

Ermənistan Silahlı Qüvvəlarinin bölmələri aprelin 25-də saat 20:10-dan 20:15-dək Qazax rayonunun Məzəmli kəndinin cənubunda yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini; -saat 20:35-dən 20:40-dək Ermənistan Respublikası İcevan rayonunun Kayan kəndinin 0,6 km.

Müdafiə Nazirliyinin məlumatı 26 Aprel 2006 00:00

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 27-də Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında, qoşunların təmas xəttində moni¬torinq keçirilməsi planlaşdırılır.