Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 May 2006 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- mayın 22-dən 26-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Terrorizmdən müdafiə” və “Böhranların idarə olunması” kursları, Kişinyov şəhərində (Moldova) “Kooperativ Longbow/Lancer 2006” təliminin yekun planlaşdırma konfransı; mayın 22-dən iyunun 2-dək Budapeşt şəhərində (Macarıstan) “İngilis dili müəllimləri üçün hərbi terminologiya” təlim seminarı;
- mayın 23-dən 24-dək Sevastopol şəhərində (Ukrayna) “Kooperativ Marlin 2006” təliminin yekun planlaşdırma konfransı keçirilir.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq mayın 22-dən iyunun 23-dək Ankara şəhərində “Müəllim təkmilləşdirmə” kursu keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.