Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 May 2006 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 19-da Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Avropadakı Hərbi Hava Qüvvələrinin Komandanı general Uilyam Tom Hobbinsi və nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan həm ABŞ, həm də NATO-ilə əməkdaşlıq edir. NATO ilə əməkdaşlığımız Fərdi Tərəfdaşlığın Fəaliyyət Planına (IPAP) uyğun olaraq uğurla yerinə yetirilir.
Sonra o, Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətə toxunaraq bildirmişdir ki, regionda sülhün və sabitliyin tam bərpa olunmamasının əsas səbəbi Ermənistan-Azərbaycan münaqişəsidir. Ermənistan destruktiv siyasət yeridərək sülh danışıqlarından yayınır və Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır.
Səmimi qəbula görə təşəkkür edən general U.T.Hobbins  Azərbaycanın NATO ilə əməkdaşlıq sahəsində nailiyyətlər əldə etməsini vurğulamış və qeyd etmişdir ki, İPAP proqramının uğurla yerinə yetirilməsi Azərbaycanı NATO-ya daha da yaxınlaşdıracaqdır.
O, səfərinin məqsədini açıqlayaraq bildirmişdir ki, Azərbaycan Hərbi Hava Qüvvələri ilə yaxından tanış olmaq istəyirəm. İnanıram ki, ABŞ və Azərbaycan Hərbi Hava Qüvvələri arasında əməkdaşlıq genişlənəcəkdir.
Sonra tərəflər Azərbaycan-ABŞ hərbi əməkdaşlığının gələcək perspektivleri, Avropa təhlükəsizlik strukturlarına inteqrasiya, Azərbaycanın beynəlxalq antiterror koalisiyası çərçivəsində fəaliyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi etmişlər.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili cənab Ceyson Haylend iştirak etmişdir.