AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 10-da saat 23:25-dən 23:30-dək Füzuli rayonunun ərazisindəki yüksəklikdə yerləşən mövqelərindən;
mayın 11-də saat 01:50-dən 03:45-dək Tərtər rayonunun işğal olunmuş Cerabert kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan ara-sıra atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.