AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 30-da saat 23:30-dan 23:45-dək Qazax rayonunun Qızılhacılı kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Məzəmli kəndi sahəsindəki mövqelərini;
- mayın 1-də saat 03:45-də Qazax rayonunun Məzəmli kəndi yaxınlığında yerləşən mövqelərindən Məzəmli kəndini avtomatlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.