Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 May 2006 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində mayın 2-dən 4-dək Konstanta şəhərində (Rumıniya) “Kooperativ Mako-2006” təliminin yekun planlaşdırma konfransı keçirilir.  
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq mayın 2-dən 5-dək Ankara şəharində “Standartlaşdırma üzrə təlimnamə, doktrina və konsepsiyaların hazırlanması mövzuları” üzrə işçi görüşü;
 Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq mayın 3-də Bakı şəhərində “Hüquq və hüquqi dövlət: Azərbaycanda inzibati hüquq islahatı” adlı beynəlxalq konfrans keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.