Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Aprel 2006 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvəlarinin bölmələri aprelin 25-də saat 20:10-dan 20:15-dək Qazax rayonunun Məzəmli kəndinin cənubunda yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini;
-saat 20:35-dən 20:40-dək Ermənistan Respublikası İcevan rayonunun Kayan kəndinin 0,6 km. şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı mövqelərini;
-saat 20:50-dən 20:55-dək Ermənistan Respublikası İcevan rayonunun ərazisindəki Saraqtiqaş dağında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Cəfərli kəndi yaxınlığındakı mövqelərini;
-saat 21:00-dan 21:05-dək Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndinin 0,6 km. şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi yaxınlığındakı mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Düşmənə cavab atəşi açılmışdır.
İtki yoxdur.