Müdafiə Nazirliyinin məlumatı
27 Mart 2000 00:00
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində martın 27-dən 31-dək Buxarest şəhərində (Rumıniya) “Kooperativ Best Effort” təlimlərinin planlaşdırılması üzrə əsas konfrans, martın 27-dən aprelin 7-dək Ankara şəhərində (Türkiyə Respublikası) sülhü dəstəkləmə əməliyyatlarında Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Donanması və Quru Qoşunlarının qarşılıqlı əlaqəsi üzrə kurslar, martın 27-dən aprelin 14-dək Oberammergau şəhərində (AFR) NATO üzvü və tərəfdaş dövlətlərin qərargah zabitləri üçün kurslar keçirilir.