Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 May 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 30-da saat 18:40-dan 18:55-dək  Ermənistan Respublikası  Krasnoselsk rayonu ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu  Qaravəlilər kəndi sahəsində yerləşən mövqelərini;
- saat 17:00-dan  mayın 1-i saat 00:22-dək ara-sıra Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;  
- saat 17:10-dan mayın 1-i saat 04:45-dək fasilələrlə Ağdam rayonunun Mərzili, Cəvahirli  və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 00:00-dan 00:25-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.