Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Aprel 2008 00:02

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Hulusi Kılıçı qəbul etmişdir.
H.Kılıçı yeni təyinatı münasibətilə təbrik edən Səfər Əbiyev Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin tarixi köklərə bağlılığı və bu əlaqələrin hazırda daha dərin xarakter daşıdığı  barədə söhbət açmışdır.
Görüş zamanı Müdafiə naziri Dağlıq Qarabağ münaqişəsi və bölgədə baş verən digər məsələlər haqda da fikirlərini səfirin  diqqətinə çatdırmışdır.
Sonda S.Əbiyev H.Kılıça fövqəladə və səlahiyyətli səfir kimi fəaliyyətində uğurlar arzulamışdır.
Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Fahri Kır iştirak etmişdir.