ATƏT-in fəliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 7-də Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin köməkçiləri Piter Ki və Antal Herdiç keçirəcəklər.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və İrci Aberle keçirəcəklər.