Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Aprel 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 2-də  saat 09:35-dən  20:45-dək ara-sıra Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonu  sahəsində yerləşən mövqelərini;
- saat 12:15-dən  12:35-dək və saat 21:10-dan 21:25-dək  Ağdam rayonunun Mərzili və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 12:40-dan aprelin 29-u saat 01:50-dək fasilələrlə Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kurapatkino kəndində yerləşən mövqelərdən;  
- saat 15:30-dan 15:40-dək Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;  
- saat 23:20-dən aprelin 29-u saat 02:05-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Veysəlli kəndinin yaxınlığında  yerləşən mövqelərdən;
- saat 23:50-dən  aprelin 29-u saat 04:40-dək  ara-sıra Tərtər rayonunun Qızıloba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.