Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 May 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 5-də saat 11:00-dan  mayın 6-sı saat 00:35-dək  fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Horadiz və Qərvənd kəndləri   sahəsində yerləşən  mövqelərdən;
- saat 17:00-dan 17:15-dək Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;  
- saat 20:25-dən  mayın 6-sı saat 06:15-dək  Tərtər rayonunun Çiləbürt və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 02:05-dən 02:10-dək  Ağdam rayonunun Mərzili  kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.