Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 May 2008 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- Bakı şəhərində “NATO-nun İzmirdəki Hərbi Hava Qüvvələri Komponent Komandanlığı Qərargahının Mobil Təlim Qrupu tərəfindən Hərbi Hava Qüvvələri qərargah zabitləri üçün təlim” kursu (06-09 may);
- Bakı şəhərində Qərargah zabitləri üçün tanışlıq kursunun  təşkil edilməsi ilə əlaqədar səfər (06-09 may);
- San-Antonio şəhərində (ABŞ) “Səhra Artilleriya” kursu (07may-23 dekabr);
- Bakı şəhərində Nasosnı aeroportunun təkmilləşdirilməsi üzrə ekspert səfəri (08-09 may) keçirilir.