AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən ictimai nəzarətin gücləndirilməsi, şəffaflığın təmin edilməsi, ordu və xalq birliyinin daha da mökəmləndirilməsi, əsgər ailələri ilə aparılan işin səmərəliliyinin daima artırılması məqsədilə Novruz bayramı ərəfəsində Azərbaycan Ordusunun tabeçiliyində olan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilir.
Komanda Qərargah Təlimi yaranmış mürəkkəb əməliyat şəraitində döyüşün və onun hərtərəfli təminatının təşkili üzrə idarəetmə orqanlarının uzlaşmış və operativ fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə keçirilib.
Martın 16-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Əlahiddə Ümumqoşun Orduda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində ümumordu iməciliyi keçirilib.
Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində hərbi qulluqçuların və ailə üzvlərinin xüsusi istedad və bacarıqlarını üzə çıxararaq nümayiş etdirmək, hərbi kollektivdə milli-mənəvi dəyərlərə bağlılığın formalaşdırılması məqsədilə əl işlərindən ibarət “Mənim dünyam” adlı bədii yaradıcılıq sərgisi keçirilib.
Bakıda Azərbaycan Respublikasının NATO ilə “Planlaşdırma və Analiz Prosesi (PAP) Tərəfdaşlıq Məqsədləri” sənədinin Müdafiə Nazirliyinə aid hissəsinin həyata keçirilməsi üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin təşkilatçılığı ilə 2019-cu ilin Elmi iş planına uyğun olaraq Kursant Hərbi Elmi Cəmiyyətinin növbəti konfransı keçirilib.
“Əsgərə xatirə kitabı” xoş təəssüratlarla yazılır"Əsgərə xatirə kitabı" layihəsi çərçivəsində 2 saylı Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar liseyin və Alpaqut Federasiyasının müəllim, şagird kollektivləri, habelə valideynlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yenidən qurulan Cocuq Mərcanlı kəndində və "N" hərbi hissəsində oldular.
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin yekunlarına dair Müdafiə Nazirliyinin səyyar kollegiya iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub.
Martın 14-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Moskvada keçirilən MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib.