AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
1918-ci il azərbaycanlıların soyqırımının 101 illiyi ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.
Ali Baş Komandan İlham ƏLİYEV:
ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 29-da BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev ilə görüşüb.
ABŞ-da işgüzar səfərə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 29-da BMT-nin Sülhməramlı Əməliyyatlarını yerinə yetirən ölkələrin müdafiə nazirlərinin Nyu-York şəhərində keçirilən toplantısında iştirak edib.
Martın 28-də Hərbi Dəniz Qüvvələrinin qərargahında Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz Kuboku-2019” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qızıl Orda vilayətində hərbi helikopterin qəzaya uğraması ilə əlaqədar Qazaxıstan Respublikasının Müdafiə naziri general-mayor Nurlan Yermekbayevə başsağlığı ünvanlayıb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 28-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Əlahiddə Ümumqoşun Orduda Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən hərbi rəhbərlərin peşəkarlığının artırılması məqsədi ilə növbəti təlim toplantısı keçirilib.
Topçularımız nəzəri-təcrübi biliklərini daim artırırlarBu gün ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyəyə çatdırılaraq, peşəkarlığın artırılması məqsədilə bütün qoşun xidmətlərində dünyanın ən müasir texnologiyaları tətbiq edilir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 28-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.