Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Mart 2019 12:53

Azərbaycanlıların soyqırımının 101 illiyi ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

1918-ci il azərbaycanlıların soyqırımının 101 illiyi  ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.
Əlahiddə Ümumqoşun Ordusu, müxtəlif qoşun növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə anım tədbirləri təşkil olunub.
Soyqırımı ilə bağlı şəxsi heyətlə ictimai-siyasi hazırlıq dərsləri, konfranslar, toplantı və xüsusi məşğələlər keçirilib, kitab, foto və rəsm sərgiləri təşkil olunub, sənədli və bədii filmlər nümayiş etdirilib.