AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növ və qismlərində, birlik və birləşmələrində tabor komandirlərinin hazırlıq səviyyəsi yoxlanılıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 11-dən 15-dək Müdafiə nazirinin rəhbərliyi altında genişmiqyaslı təlimlər keçiriləcək.
Xarici İşlər Nazirliyində Silahlı Qüvvələrin Hərbi Akademiyasının dinləyiciləri ilə praktiki məşğələ keçirilibSilahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunun tədris proqramı çərçivəsində kursda təhsil alan dövlət orqanlarının yüksək vəzifəli qulluqçuları ilə Xarici İşlər Nazirliyində praktiki məşğələ keçirilib...davamıBeynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirildiAzərbaycan qadını zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub.
Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.
Martın 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.
Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçu və mülki işçilərin iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbirləri keçirilib.
Martın 6-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq idarəsində Azərbaycan Respublikası və Böyük Britaniya müdafiə nazirlikləri arasında Qərargah danışıqları keçirilib.
Əziz xanımlar!Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı bildirirəm.