AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Bolqarıstan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Andrey Botsevin dəvəti ilə martın 11-də Sofiya şəhərinə rəsmi səfərə yola düşüb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2019-cu il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “NATO-da təlimlərin əməliyyat səviyyəsində planlaşdırılması prosesi” mövzusunda təlim kursu keçirilib.
Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hisslərinin aşılanması məqsədilə Müdafiə Nazirliyi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər həyata keçirir.
Müdafiə Nazirliyində Azərbaycan Respublikasının NATO-nun Kodifikasiya Sisteminə (NKS) qoşulması ilə əlaqədar tanışlıq məqsədli görüş keçirilib.
Novruz bayramı ərəfəsində Gəncə qarnizonundakı hərbi hissələrdən birində “Ordu gəncləri böyük qüvvədir” adlı kitabın təqdimatı olub.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 12-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Əlahiddə Ümumqoşun Orduda səhra şəraitində əsgərlərin yemək və su tələbatını ödəmək üçün təyin edilmiş arxa təminatı avtomobil texnika və qurğularına baxış müsabiqəsi keçirilərək qaliblər müəyyənləşdirilib.
Mərasimdə əvvəlcə Türkiyə və Azərbaycan Respublikalarının dövlət himnləri səsləndirilib.
Martın 9-da Əlahiddə Ümumqoşun Orduda yeni təlim mərkəzi istifadəyə verilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Əlahiddə Ümumqoşun Orduda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində martın 16-da ümumordu iməciliyi təşkil olunacaq.