AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Martın 20-də Müdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinın (OMBUDSMAN) birgə tədbirlər planına əsasən Ombudsman aparatının nümayəndələri Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrində olublar.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 21-də Pakistan İslam Respublikasına rəsmi səfərə gedəcək.
Novruz tonqalından Qələbə tonqalına!Dünənəcən yazın havası duyulurdu, indi hər könüldə bir "Bahariyyə" var deyə bu gün dünənə bənzəmir, sabah bu günə bənzəməyəcək.
Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun 2019-cu ilə dair birgə fəaliyyət planına əsasən, hər iki qurumun məsul əməkdaşları Novruz bayramı ərəfəsində cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.
Martın 19-da Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Novruz bayramı münasibətilə tədbir təşkil olunub.
Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, çavuşlar, əsgərlər, matroslar və mülki əməkdaşlar!Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycanımız naminə çətin, lakin şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.
2019-cu ilin Novruzu Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Ömər Ələkbərovun ailəsinə də xoş müjdələrlə qədəm qoyur.
Bu gün, martın 17-də Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən ictimai nəzarətin gücləndirilməsi, ordu və xalq birliyinin daha da mökəmləndirilməsi, əsgər ailələri ilə aparılan işin səmərəliliyinin yüksəldilməsi məqsədilə hərbi qulluqçuların valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilib.
Martın 17-də Novruz bayramı ərəfəsində hərbi hissələrdə əsgər valideynləri və yaxınlarının, ictimaiyyət nümayəndələri və mədəniyyət işçilərinin iştirakı ilə “Açıq qapı” günü keçirilib.