Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Mart 2019 09:58

"Azərbaycan Ordusu" qəzeti 20 mart 2019-cu il №22 (2339)

Novruz tonqalından Qələbə tonqalına!

Dünənəcən yazın havası duyulurdu, indi hər könüldə bir "Bahariyyə" var deyə bu gün dünənə bənzəmir, sabah bu günə bənzəməyəcək. Azərbaycan əsgəri sayımız qədər "Bahariyyə"ni bir tonqal ətrafında cəmləşdirəcək. O tonqal Böyük Qələbənin tonqalı olacaq. Azərbaycan əsgəri builki yazı Lələtəpə, Bayraqtəpə, Günnüt ovqatlı yaz bilir...davamı








“Novruz bayramınız mübarək!”

Azərbaycan xalqının zəngin milli dəyərlər sistemini və adət-ənənələrini yaşadan bayramlar sırasında Novruz bayramı xüsusi yer tutur. Xalqımızın mənəvi dünyası və həyata baxışı Novruz mərasimlərində dolğun əks olunub, bu bayram milli varlığın rəmzinə çevrilib. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı milli dəyərlərimizin əbədiyaşarlıq rəmzidir...davamı










Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi
Mövzu: 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür.
İctimai-siyasi hazırlıq qrupunun rəhbəri bu dərsə hazırlaşarkən ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım haqqında əldə olan tarixi materiallardan, həmin hadisələrin şahidi olanların xatirələrindən istifadə etməli, eləcə də əvvəlki dərslərdə ermənilərin separatçı siyasəti haqqında öyrənilənləri dinləyicilərə bir daha xatırlatmalı və mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirməlidir.
Suallar:
1. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanı və bu fərmanın tarixi əhəmiyyəti.
2. Azərbaycan xalqına qarşı ermənilər tərəfindən aparılmış genosid siyasətinin məzmunu, tarixi xronikası və ağır nəticələri.
3. Ordumuz Ermənistanın separatçı-işğalçılıq siyasətinə son qoymalıdır...davamı








“Ordu quruculuğunda qazanılan uğurlar bizi də qürurlandırır”

Vətənin qoruyucusu kimi ordu şərəfli  bir vəzifəni həyata keçirir. Bu vəzifənin müqəddəsliyini dərk edən hər kəs daim ordusuna inanıb, güvənib. Ordu xalqın, xalq ordunun dayağı olub. Ordu ilə cəmiyyətin sıx əlaqəsi başqa şəkildə də davam etdirilir. Dövlət və özəl müəssisələrin işçiləri vaxtaşırı döyüş bölgələrində əsgərlərlə görüşür, bayram tədbirlərində iştirak edirlər. Bu görüşlər xalqın daim əsgərinin yanında olduğunu, ona sonsuz güvəndiyini nümayiş etdirir. Növbəti belə görüşlərdən biri Novruz bayramı ərəfəsində baş tutdu...davamı





"Azərbaycan Ordusu" qəzetinin tam variantı