Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Mart 2019 13:19

Ombudsman aparatının nümayəndələri HDQ-də olublar

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinın (OMBUDSMAN) birgə tədbirlər planına əsasən Ombudsman aparatının nümayəndələri Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrində olublar.
Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və sektor müdiri Vüqar Heydərov matrosların sosial-məişət şəraiti ilə tanış olaraq yataqxanalara, yeməkxanalara baxış keçirib, ərzaqların saxlanma anbarlarına baş çəkiblər.
Görüşlər zamanı Ombudsman aparatının üzvləri hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirələr oxuyub və hərbi dənizçiləri maraqlandıran sualları cavablandırıblar.