Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Mart 2019 17:41

Heydər Əliyev adına AAHM-də bayram tədbiri keçirilib

Martın 19-da Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində  Novruz bayramı münasibətilə tədbir təşkil olunub.
Tədbirdə çıxış edənlər xalqımız və dövlətimiz tərəfindən Novruz bayramına verilən yüksək qiymətdən, Novruz ənənələrinin tarixindən, eləcə də qorunaraq nəsillərə ötürülən bu milli-mənəvi dəyərlərin tərbiyəvi əhəmiyyətindən söhbət açıblar.
Çıxışlarda, həmçinin Azərbaycanda ordu quruculuğundan, Silahlı Qüvvələrin təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışılıb. Vurğulanıb ki, Ulu Öndərin ordu quruculuğu siyasəti bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Silahlı Qüvvələrə göstərilən xüsusi qayğının nəticəsidir ki, Azərbaycan Ordusu bu gün regionun ən güclü ordusuna çevrilib və cəbhə xəttində düşmənin bütün təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınır, ona layiqli cavab verilir.
Tədbirdə gənclərin vətənpərvər ruhda, ölkəmizə və dövlətimizə sədaqətli, cəmiyyətə yararlı vətəndaş kimi formalaşması və inkişaf etməsi istiqamətində həyata keçirilən tədbirlər də xüsusi qeyd edilib.
Çıxışlardan sonra rəngarəng bayram konserti təqdim olunub.