AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında 10-cu Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclasının Protokolu”na əsasən İstanbulda, Türkiyə Respublikasının Milli Müdafiə Universitetində “Dağlıq Qarabağ problemi” və “Xocalı soyqırımı” mövzularında təqdimatlar keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən ictimai nəzarətin gücləndirilməsi, şəffaflığın təmin edilməsi, ordu və xalq birliyinin daha da mökəmləndirilməsi, əsgər ailələri ilə aparılan işin səmərəliliyinin daima artırılması məqsədilə Novruz bayramı ərəfəsində martın 17-də Azərbaycan Ordusunun tabeçiliyində olan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü tədbirləri keçiriləcək.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrin Yardım Fonduna cari il martın 1-dək 97.647.955,09 AZN, 213.577,88 ABŞ dolları, 15.736,0 avro və 5000,0 rubl vəsait daxil olub.