Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçu və mülki işçilərin iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbirləri keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun bayram təbriki tədbir iştirakçılarına çatdırıldıqdan sonra qadınlar qiymətli hədiyyə və fəxri fərmanlarla təltif olunub.
Keçirilən tədbirlərdə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin, Gəncə Qarnizonu Zabitlər Evinin, həmçinin respublikamızın xalq və əməkdar artistlərinin, tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin, rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunub.