Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Mart 2019 12:25

"Azərbaycan Ordusu" qəzeti 30 mart 2019-cu il №24 (2341)

Ali Baş Komandan İlham ƏLİYEV: Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir

İstər 2016-cı ilin aprel döyüşləri, istər Azərbaycan Ordusunun yaranmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr edilən paradlar, istərsə də genişmiqyaslı təlimlər təsdiqlədi ki, Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etməyə qadirdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qətiyyətlə bildirib ki, Azərbaycan dövləti, Azərbaycan xalqı Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına heç zaman imkan verməyəcəkdir...davamı








“Yaşasın, Pakistan-Azərbaycan dostluğu və qardaşlığı!”

Pakistan və Azərbaycan arasındakı yaxın və səmimi əlaqələr mədəni irs, qlobal və regional məsələlərlə bağlı sərgilədikləri birgə münasibət və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Xatırladım ki, Pakistan Sovet İttifaqının süqutundan sonra müstəqillik əldə edən Azərbaycanı 1991-ci ilin oktyabrında tanıyan ilk üç dövlətdən birincisidir. Diplomatik əlaqələrin əsası 1992-ci ilin iyununda qoyulmuşdur. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılmışdır. Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlamışdır. 2017-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin əsasının qoyulmasının gümüş yubileyi də qeyd olunub.  Əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir...davamı








“Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsidir”

2016-cı ilin aprel döyüşlərindən bizi üç illik zaman məsafəsi ayırır. Xalqımıza uzunmüddətli atəşkəs dövründə ilk dəfə  qələbənin sevincini yaşadan bu döyüşlər istər ölkə, istərsə də dünya ictimaiyyətində geniş təəssürat yaratdı və media qurumları bu hadisələri geniş təbliğ etdi. Həmin döyüşlərin birbaşa iştirakçısı olan hərbi qulluqçularımızın düşüncələrini, xatirələrini qələmə almışıq...davamı









Ermənilərin vəhşilikləri insanlığa qarşı ən ağır cinayətlərdir

Tarixi mənbələr sübut edir ki, erməni millətçilərinin türk xalqlarına qarşı törətdiyi düşmənçilik siyasətinin 200 ildən artıq yaşı vardır. Əsrlər, illər keçməsinə baxmayaraq xalqımız o ağır işgəncələri unutmur, soyqırımlarının qurbanları olmuş günahsız insanların xatirəsini dərin ehtiramla yad edir. Əslində, keçmişini unudan tarixini yaşatmayan bir xalqın gələcəyi yoxdur. Bütün hadisələr hər bir millətin qan yaddaşında əbədi yer tutmalı və gələcək nəsillərə təbliğ edilməlidir...davamı








“Hərbi hissəni evimiz, əsgərləri doğma övladımız bilirik”

Son illər Azərbaycanın ordu quruculuğunda həyata keçirilən islahatlar əsgərlərin məişətində də öz sözünü deyir. Hazırda hərbi bölmələrdə ən müasir səviyyədə sosial şərait yaradılıb. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun orduya göstərdiyi diqqət və qayğı nəticəsində əsgərlərin qida, ərzaq və geyimlə tam təminatı yüksək səviyyədədir...davamı








Məktəblilərin hərbi hissəyə ekskursiyası

Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, layiqli vətəndaş kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyularaq Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Ulu Öndərin "Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır" kəlamı bizə məsuliyyətimizi xatırladır. Uşaqlara qayğı təkcə dövlətin üzərinə düşən vəzifə deyil. Hər bir şəxs yeniyetmələrin hərtərəfli böyüməsi üçün səy göstərməlidir. Çünki uşaqlar cəmiyyətin ən dəyərli sərvəti, hər bir xalqın gələcəyidir...davamı






"Azərbaycan Ordusu" qəzetinin tam variantı