AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Martın 16-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Əlahiddə Ümumqoşun Orduda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində ümumordu iməciliyi keçirilib.
İməcilik zamanı hərbi şəhərciklərdə, hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında müxtəlif növ ağac və gül kolları əkilib, eləcə də yaşıllıq zolaqları salınıb.