“Əsgərə xatirə kitabı” xoş təəssüratlarla yazılır
"Əsgərə xatirə kitabı" layihəsi çərçivəsində 2 saylı Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar liseyin və Alpaqut Federasiyasının müəllim, şagird kollektivləri, habelə valideynlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yenidən qurulan Cocuq Mərcanlı kəndində və "N" hərbi hissəsində oldular.
Tədbir iştirakçıları Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin foyesində ümummilli lider Heydər Əliyevin büstü önündə toplaşdılar, dahi rəhbərin məcburi köçkünlərə diqqət və qayğısını əks etdirən fotostendə baxdılar. Məktəbin şagirdləri Vətənə, vətənpərvərliyə və şəhid qəhrəmanlarımıza həsr olunan şeirlərlə qonaqları salamladılar...davamı
Tankçılarımız döyüşə hər an hazırdırlar
Ön xətdə yerləşən tank taborunun şəxsi heyəti əsl dəmir atlı cəngavərdirlər. Onların aprel döyüşlərində, irimiqyaslı təlimlərdə, beynəlxalq yarışlarda göstərdikləri şəxsi igidlik nümunələri taborun döyüş yolunu zənginləşdirən məqamlardır. Zabit Rasim Məmmədov xüsusilə taborun bir bölməsi haqqında qürurla danışdı: "Bölmənin şəxsi heyəti Silahlı Qüvvələrimizdə keçirilən tank biatlonunda dəfələrlə birinci yeri qazanıb. Heyət nəfərlərinin hər biri peşəsini dərindən mənimsəyən hərbçidir. Təcrübəli hərbçilərin belə bir hikmətli kəlamı var - tankçılara heç vaxt qəmgin olmaq yaraşmır, onlar həmişə şən, nikbin olmağa borcludurlar."...davamı
“İdman sağlamlığın cövhəridir”
Əsgərlərin gündəlik fəaliyyətindən danışdıqda fiziki hazırlığı mütləq qeyd etməliyik. Fiziki hazırlıq həm döyüş qabiliyyətinin artırılmasına, həm də sağlamlığın möhkəmləndirilməsinə istiqamətlənmiş mühüm fəaliyyət prosesidir. Əsgərlər idmanla nə qədər çox məşğul olsalar, o qədər fiziki cəhətdən möhkəm, güclü və sağlam olarlar. Yüksək fiziki hazırlıq onların döyüş qabiliyyətinə də müsbət təsir göstərir. İdmanla məşğul olan hərbi qulluqçu möhkəm, dözümlü, yüksək əhval-ruhiyyədə və özgüvəndə olur. Bu göstəricilərə malik əsgərlər döyüş tapşırıqlarını daha çevik və dəqiq yerinə yetirirlər...davamı
Musiqi müsabiqəsinin qalibləri görüşlərdən razı qaldılar
Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə keçirilən musiqi müsabiqəsinin qalibləri "N" hərbi hissəsində qonaq oldular. Qonaqlara hərbi hissənin yaranma tarixi və fəaliyyəti ilə bağlı məlumat verildi. Onlar silah, texnika, mühəndis, rabitə cihazları və avadanlıqları, səyyar təşviqat guşələri və mənəvi-psixoloji təminat vasitələri ilə əyani tanış oldular. Hərbi hissənin ərazisi, əsgər yataqxanası, idman şəhərciyi, hamam-camaşırxana və əsgər yeməkxanası ilə tanış olan qonaqlar hərbi qulluqçularla birgə nahar etdilər...davamı
"Azərbaycan Ordusu" qəzetinin tam variantı