Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Mart 2019 14:12

Heydər Əliyev adına AAHM-da elmi konfrans keçirilib

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin təşkilatçılığı ilə 2019-cu ilin Elmi iş planına uyğun olaraq Kursant Hərbi Elmi Cəmiyyətinin növbəti konfransı keçirilib.
Konfransın əsas məqsədi elmi və elmi-tədqiqat işinə meylli kursantların aşkar edilməsi, hərb elminin inkişafında onların rolunun artırılması və “Ən yaxşı məruzəçi”lərin respublika miqyaslı analoji tədbirlərdə iştrakının təmin edilməsi olub.
Konfransda Heydər Əliyev adına  Azərbaycan Ali Hərbi Məktəbinin şəxsi heyəti ilə yanaşı Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Sərhəd Xidmətinin təhsil müəssisələrinin zabit və kursantları da iştirak ediblər.
Beş bölmə üzrə təşkil olunan konfransda ümumilikdə 75 kursant məruzə ilə çıxış edib.
Konfransın yekununda iştrakçılara sertifikatlar təqdim olunub.