AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Noyabrın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib.
Azәrbaycn Respublikası Müdafiә Nazirlyi vә Qazax rayon İcra Hakimyәtinin birgә təşkilatçılğı ilә rayonun Olimpiya İdman Kompleksindә Dövlәt Bayrağı Günü ilә əlaqәdar bayram tәdbiri keçirilib.
Noyabrın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının noyabrın 11-də keçiriləcək növbəti iclasında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.
Noyabrın 11-dən 14-dək Bakı şəhərində "Müdafiənin planlaşdırılması prosesində strateji konspesiyanın hazırlanmasının rolu" mövzusunda seminar, noyabrın 12-dən 13-dək Vilnüs şəhərində (Litva) "Hərbi sahədə tətbiq edilən innovativ enerji vasitələri" mövzusunda konfrans və sərgi keçiriləcək.
İşçi səfərilə ölkəmizə gələn Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Qüvvələr komandanı diviziya generalı Zekai Aksakallının rəhbərlik etdiyi nümayəndə heyəti cəbhə bölgəsində yerləşən hərbi birlikdə olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən nazirliyin və hərbi hissənin bir qrup zabit heyəti Gəncə şəhərində olub və aprel ayında şəhid olmuş əsgər Kərimov Seyfəddin Nəvai oğlunun ailəsinə baş çəkiblər.
Noyabrın 8-də Lənkəran şəhərində Azərbaycanın Milli Qəhrəmanı Əsgər Ələkbər oğlu Əliyevin anadan olmasının 40 illiyi qeyd edilib.
9 Noyabr - Dövlət Bayrağı Günü ərəfəsində Müdafiə Nazirliyi və Biləsuvar rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Biləsuvar Olimpiya İdman Kompleksində "Qəhrəmanlıq ənənələrini yaşadaq!" devizi altında kütləvi mərasim keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən 9 noyabr - Azərbaycan Respublikasınin Dövlət Bayrağı Günü münasibətilə Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə silsilə tədbirlər davam edir.
Dövlət Bayrağı Günü münasibətilə C.Naxçıvanski adina hərbi liseyin bir qrup kursantı Bayraq Meydanını və Bayraq Muzeyini ziyarət ediblər.