AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Hərbi psixoloqların təlim-toplantısına hazırlıq məqsədilə tədbir keçirilib.
Noyabrın 10-dan 14-dək Oberammerqau şəhərində (Almaniya) Silahlara nəzarət - Vyana sənədinə uyğunluq və verifikasiya üzrə kurs, Vışkov şəhərində (Çexiya) "Kimyəvi, Bioloji, Reaktiv, Nüvə hadisələri nəticəsində əmələ gəlmiş böhranların idarə edilməsi" kursu, Kungsangen şəhərində (İsveç) Təcrübələrin öyrənilməsi üzrə NATO qərargah zabitləri üçün kurs, noyabrın 10-dan 21-dək isə Ankara şəhərində (Türkiyə) "Silahlı Münaqişə Hüququ" kursu keçiriləcək.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən 9 noyabr - Azərbaycan Respublikasınin Dövlət Bayrağı Günü münasibətilə Müdafiə nazirliyinə tabe olan hərbi hissələrdə silsilə tədbirlər keçiriləcəkdir.
Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!Sizi 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
Dünya şöhrətli yazıçı, əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunmuş "Şöhrət" ordenli Çingiz Abdullayev Hərbi Dəniz Qüvvələri zabitlərinin qonağı olub.
Noyabrın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov işçi səfərilə ölkəmizə gələn Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Qüvvələr komandanı diviziya generalı Zekai Aksakallını qəbul edib.
Naxçıvan Qarnizonunun Zabitlər Evində Əlahiddə Ümumqoşun Ordusunun tabeliyində olan hərbi hissələr arasında "Bədii özfəaliyyət kollektivlərinin yaradıcılıq qabiliyyətlərinə baxış" müsabiqəsi keçirilib.
Ermənistan Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində hərbi təlimlərə başlaması rəsmi Yerevanın hərbi-siyasi rejiminin ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətinin növbəti mərhələsidir.
Noyabrın 5-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Ehtiyat Zabit Hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək Müdafiə nazirinin əmri ilə "leytenant" hərbi rütbəsi verilən gənc zabitlərin növbəti buraxılış mərasimi keçirilib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 5-də Tərtər rayonunun Seysulan kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.