Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Noyabr 2014 09:00

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Müdafiə nazirliyinə tabe olan hərbi hissələrdə tədbirlər keçirilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən 9 noyabr - Azərbaycan Respublikasınin Dövlət Bayrağı Günü münasibətilə Müdafiə nazirliyinə tabe olan hərbi hissələrdə silsilə tədbirlər keçiriləcəkdir.
Tərtib olunmuş qrafikə əsasən bayram günlərində Bakı qarnizonunda və bölgələrdə yerləşən hərbi hissələrin şəxsi heyətinin Bayraq meydanına gəzintisi və Dövlət Bayrağı muzeyinə ekskursiyası təşkil ediləcəkdir. Təşkil olunmuş tədbirlər zamanı Dövlət Bayrağının tarixi və muzeydə nümayiş etdirilən eksponatlar haqqında hərbi qulluqçulara ətraflı məlumat veriləcəkdir.
Noyabrın 7-də Hərbi Dəniz Qüvvələri zabit heyətinin bayram günü ərəfəsində Bayraq meydanına və Dövlət Bayrağı muzeyinə ekskursiyası təşkil edilib.
Hərbi Hava və Hərbi Dəniz Qüvvələrində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi hissə və birləşmələrdə, qarnizon (Bakı, Gəncə, Lənkəran və Naxçıvan) zabitlər evlərində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə şəxsi heyətlə keçirilən tədbirlər davam edir.