Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!
Sizi 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
Xatirəsini həmişə hörmət və ehtiramla yad etdiyimiz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin sədrliyi ilə 24 il öncə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında milli dövlət dirçəlişi ideyasınıın həyata keçirilməsi yolunda yekdilliklə mühüm tarixi-siyasi əhəmiyyət kəsb edən qərar qəbul edilərək Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı əvvəlcə Naxçıvanda, daha sonra isə Azərbaycan Respublikasının ali qanunvericilik orqanında dövlət bayrağı kimi qəbul edilmişdir. Qədirbilən xalqımız bu tarixi hadisəni heç vaxt unutmur.
Əsgəri şücaət və rəşadət rəmzi olan döyüş bayraqlarını isə möhtərəm Prezidentimiz cənab İlham Əliyev ilk olaraq hərbi hissələrə təqdim etmiş və Azərbaycan əsgərinə bu bayrağı həmişə uca tutmağı arzulamışdır.
İnanıram ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə edəcək və Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında üçrəngli dövlət bayrağımızı Şuşada, Xankəndində və işğal altında olan digər əzəli torpaqlarımızda dalğalandıracaqsınız.
Sizin hər birinizə şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram.
Azərbaycan Respublikasının Müdafiə naziri
general-polkovnik Zakir Həsənov