AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Noyabrın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bolqarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Maya Hristovanı qəbul edib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyinin Hərb Oyunları Mərkəzində olub.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Hərbi Dəniz Qüvvələrində döyüş hazırlıq üzrə intensiv məşqlər keçirilir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 5-də Tərtər rayonunun Seysulan kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən noyabrın 3-dən Bakı şəhərində NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu tərəfindən Silahlı Qüvvələrdə "NATO Günləri" tədbiri keçirilir.
Noyabrın 1-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Bakı qarnizonunun hərbi hissələrində olublar.
Noyabrın 3-dən 7-dək Oberammerqau şəhərində (Almaniya) "Bütövlüyün qurulmasında müdafiə təsisatlarının liderliyi" mövzusunda kurs, NATO İctimai əlaqələr siyasətinin hazırlanması kursu, Budapeşt şəhərində (Macarıstan) "Tibbi qiymətləndirmə" kursu, Ankara şəhərində (Türkiyə) Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə Türkiyə Quru Qoşunları Hərbi Məktəbi arasında müəllim mübadiləsi, Bakı şəhərində "NATO günləri" tədbiri, noyabrın 3-dən 14-dək Konstanta şəhərində (Rumıniya) Hidroqrafiya və hidroqrafiya idrələri üzrə regional təlim kursu, San Remo şəhərində (İtaliya) 156-cı Beynəlxalq hərbi kurs, noyabrın 3-dən 21-dək isə Ankara şəhərində (Türkiyə) Exokardioqrafiya kursu keçiriləcək.