AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Noyabrın 12-də Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin düşdüyü ərazidən meyitlərin qalıqlarının çıxarılması ilə əlaqədar guya xüsusi əməliyyat keçirilməsi və Azərbaycan Silahlı Qüvvələri bölmələrinin bu istiqamətdə itki verməsi barədə erməni tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur, bu məqsədyönlü surətdə yayılan növbəti təxribatdır və yalandır.
Noyabrın 24-dən 28-dək Ankara şəhərində (Türkiyə) Təbii fəlakətlər zamanı hümanitar yardım əməliyyatları kursu, noyabrın 25-dən 30-dək Antaliya şəhərində (Türkiyə) 31-ci Beynəlxalq Qastroentroloji konfransı, noyabrın 24-dən dekabrın 12-dək İzmir şəhərində (Türkiyə) Hərbi qulluqçu mübadiləsi, dekabrın 19-dək Braşov şəhərində (Rumıniya) Proqram və layihələrin idarə olunması kursu keçiriləcək.
Noyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Teymuraz Şaraşenidzeni qəbul edib.
Noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqelərinə hücum edən Ermənistan silahlı qüvvələrinə məxsus Mi-24 tipli döyüş helikopterinin cavab atəşilə məhv edilməsi faktı ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı bəyanat təəssüf və təəccüb hissi doğurur.
Azərbaycan Hərb Tarixi Muzeyində Avropa müqavimət hərəkatının iştirakçısı Cavad Ataxəlil oğlu Həkimlinin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Noyabrın 20-də saat 12.45 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozublar.
Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ordu generalı Rəşad Mahmud və bu ölkənin Müdafiə naziri cənab Xavaca Məhəmməd Asif ilə görüşlər keçirib.
Noyabrın 12-də Ermənistan Silahlı Qüvvələrinin bölmələrinə atəş dəstəyi verən Mi-24 döyüş helikopteri cütlüyü heyətlərinin uçuşları və yerinə yetirdiyi tapşırıqların təhlili ilkin nəticəni bir daha təsdiq edir.
Bu məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 sentyabr tarixli 742 №-li "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" Sərəncamına əsasən hazırlanmışdır.