Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Noyabr 2014 09:00

Silahlı Qüvvələrdə "NATO Günləri" başlayıb


Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən noyabrın 3-dən Bakı şəhərində NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu tərəfindən Silahlı Qüvvələrdə "NATO Günləri" tədbiri keçirilir.
NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi general-leytenant Ali Çetinkayanın (Türkiyə Respublikası) rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə gedərək hərbi təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olacaq, brifinqlər verəcək və müzakirələr aparacaqlar.
Silahlı Qüvvələrdə "NATO Günləri"ə noyabrın 7-də başa çatacaq.