Naxçıvan Qarnizonunun Zabitlər Evində Əlahiddə Ümumqoşun Ordusunun tabeliyində olan hərbi hissələr arasında "Bədii özfəaliyyət kollektivlərinin yaradıcılıq qabiliyyətlərinə baxış" müsabiqəsi keçirilib.
Müsabiqə Müdafiə Nazirliyinin 2014-cü tədris ilinin hazırlıq planına və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" sərəncamına uyğun olaraq keçirilib.
Müsabiqəsinin keçirilməsində məqsəd hərbi qulluqçuların yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsi və hərbi qulluqçular tərəfindən ifa olunan hərbi vətənpərvərlik mahnılarının geniş təbliğ olunmasıdır.
Müsabiqədə daha aktiv iştirak edərək yüksək yer tutanlar "Fəxri Fərman" və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.