Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Noyabr 2014 09:00

Müdafiə Nazirliyi ilə Qazax rayon İcra Hakimiyyəti birgə tədbir keçirib

Azәrbaycn Respublikası Müdafiә Nazirlyi vә Qazax rayon İcra Hakimyәtinin birgә təşkilatçılğı ilә rayonun Olimpiya İdman Kompleksindә Dövlәt Bayrağı Günü ilә əlaqәdar bayram tәdbiri keçirilib.
İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidәsi önünә əklil vә çiçəklər qoyaraq, onun xatirәsini ehtiramla yad ediblәr.
Möhtәşəm tәribatlı vә dövlәt bayraqları ilə bəzədilmiş zalda keçirilən tәdbirin aparıcısı Azәrbaycan Respublikasının әməkdar artisti Azәrin təntənəli mərasimi açıq elan etdikdən sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrik məktubu və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvәlərin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun təbrik teleqramı mərasim iştirakçılarına çatdırıldı.
Sonra tədbirdə birlik komandiri general­leytenant Rövşәn Әkbәrov, Qazax rayon İcra Hakimyyәtinin başçısı Ayaz Әsgәrov, polkovnik Elşad Əbilov Qazax rayon Vәtən Müharibәsi Veteranları cәmiyyәtinin sәdri Mustafa Rasimoğlu çıxş etdilər.
Onlar mәrasimә toplaşan hәrbi qulluqçuları, rayon әhalisini və ictimai təşkilatların üzvlәrini, şәhid ailələrini, müharibә veteranlarını bayram münasibәtilә təbrik edәrək Dövlәt bayrağımız haqqında geniş mәlumat veriblər.
Mərasimdə çıxış edənlər Ümumilli Lider Heydәr Әliyevin Dövlәt bayrağının bәrpa olunmasında misiliz xidmәtlərini qeyd edәrək, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvәlərin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə üçrəngli bayrağımızı işğal olunmuş ərazilərimizdə sancmağa hazır olduqlarını bildiriblər.
Әməkdar artist Azәrinin vәtənpәrvərlik ruhunda ifa etdiyi xalq və bəstəkar mahnılarıkonsert iştirakçılarının böyük rәğbәtini qazanadı vә alqışlarla müşayiət olundu.
Tәdbir böyük atәşfəşanlıqla başa çatdı.