Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Noyabr 2014 09:00

Lənkəranda Milli Qəhrəmanın xatirəsi yad edilib

Noyabrın 8-də Lənkəran şəhərində Azərbaycanın Milli Qəhrəmanı Əsgər Ələkbər oğlu Əliyevin anadan olmasının 40 illiyi qeyd edilib.
Müdafiə Nazirliyi Lənkəran Qarnizon Zabitlər Evinin təşkilatçılığı ilə keçirilən anım mərasimi qəhrəmanın adını daşıyan parkda ucaldılmış büstün önünə gül dəstələrinin düzülməsi ilə başlayıb.
Mərasimdə hərbi hissənin şəxsi heyəti, müharibə və əmək veteranları, Qarabağ və Əfqanıstan müharibəsi veteranları, şəhər ictimaiyyəti və rayon icra hakimiyyəti nümayəndələri, o cümlədən qəhrəmanın sinif yoldaşları və müəllimləri iştirak ediblər.
Çıxış edənlər Ə.Əliyevin keçdiyi şərəfli həyat yolundan danışaraq, bu yolun gələcək nəsillər üçün bir örnək olacağını qeyd ediblər.
Sonda Milli Qəhrəmanın atası Ələkbər Əliyev çıxış edərək oğlunun xatirəsinə göstərilən ehtirama görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.