AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Avqustun 25-dən 28-dək Manama şəhərində (Bəhreyn) "Dəniz minalarına qarşı mübarizə tədbirləri üzrə beynəlxalq təlim-2014" yekun planlaşdırma konfransı, Ştrausberq şəhərində (Almaniya) kütləvi informasiya vasitələri ilə əlaqədar ekspert görüşü, avqustun 26-dan sentbyarın 13-dək isə Qrafenvör şəhərində (Almaniya) "Combined Endeavor-2014" təlimi keçiriləcək.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə nazirliyin zabiti polkovnik Abdulla Qurbani Belarus və Ukraynaya ezam olunub.
Avqustun 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ Müdafiə Nazirliyinin Nəqliyyat komandanı general Paul Cozef Selvanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrin hərbi texnikasının daşınması, əvəz edilərək yerlərinin dəyişdirilməsi planlı surətdə həyata keçirilir və bölmələrin döyüş tapşırığının yerinə yetirilməsi üçün tələb olunan daimi döyüş hazırlığı qabiliyyətinin saxlanılması məqsədini daşıyır.
Avqustun 21-dən 23-dək Bakı şəhərində "Əməliyyat sonrası inteqrasiya" mövzusunda seminar keçiriləcək.
Avqustun 18-də Bakı şəhərindən yola salınan "Gənc Heydərçilər"i Qusar rayonunda "N" saylı hərbi hissəsinin məsul zabitləri qarşılayıblar.
Avqustun 19-da Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordusunun Qərargahında Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniya və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib.
Türkiyə Cümhuriyyətinin milli müdafiə naziri İsmət Yılmaz və Gürcüstan Respublikasının müdafiə naziri İrakli Alasaniya Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişlər.
Avqustun 19-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO–nun Brunssum şəhərindəki (Niderland Krallığı) Birləşmiş Komandanlığının mobil təlim qrupu tərəfindən "Əldə hazırlanan partlayıcı qurğular"la mübarizə mövzusunda təlimə başlanıb.