AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Avqustun 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniya və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz Naxçıvan qalasını, Nuh Peyğəmbərin məzarını, duz mağarasını, Möminə Xatun türbəsini, Xan Sarayını, Xalça Muzeyini ziyarət ediblər.
Müdafiə Nazirliyi bildirir ki, bəzi kütləvi informasiya vasitələrində NATO-ya məxsus təyyarələrin Ukraynadakı separatçıları bombalaması məqsədilə yanacaq doldurulması üçün müxtəlif dövlətlərlə yanaşı guya Azərbaycan ərazisindəki aerodromlardan istifadə edilməsi haqqında yayılan və heç bir fakta söykənməyən məlumatların əsası yoxdur və bu kimi informasiyalar təxribat xarakteri daşıyır.
Avqustun 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizə rəsmi səfərə gələn Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniyanı qəbul edib.
Avqustun 18-də Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz Azərbaycana rəsmi səfərə gəlib.
Qusar rayonunda yerləşən "N" saylı hərbi hissə nəzdində təşkil olunacaq hərbi vətənpərvərlik təmayüllü yay düşərgəsində istirahət edəcək uşaqların avqustun 18-də Bakı şəhərindən yolasalınması mərasimi keçirilib.
Avqustun 18-də Azərbaycan, Gürcüstan və Türkiyənin Müdafiə nazirləri general-polkovnik Zakir Həsənov, cənab İrakli Alasaniya və cənab İsmət Yılmaz Naxçıvan şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Heydər Əliyev muzeyini ziyarət ediblər.
Avqustun 18-də Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan danışıqlarda iştirak etmək üçün Naxçıvan şəhərinə gəlib.
Avqustun 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniya Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan danışıqlarda iştirak etmək üçün Naxçıvan şəhərinə gəlmişlər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Hərbi Hava Qüvvələrinin təlimləri plana uyğun olaraq davam edir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi dəvətilə avqustun 18-də Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniya və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmazın Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır.