Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Avqust 2014 09:00

Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin Naxçıvan şəhərinə səfəri davam edir

Avqustun 18-də Azərbaycan, Gürcüstan və Türkiyənin Müdafiə nazirləri general-polkovnik Zakir Həsənov, cənab İrakli Alasaniya və cənab İsmət Yılmaz Naxçıvan şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Heydər Əliyev muzeyini ziyarət ediblər.
Qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri qoyublar.
Sonra qonaqlar "Əshabi-Kəhf" ziyarətgahında olublar.
Müdafiə nazirlərinin Naxçıvan şəhərinə səfəri avqustun 19-dək davam edəcək.